Yanma nəticəsində alınan bərk maddələr -mineralların komponentləri reaktorun aşağı hissəsindən xaric olunur. Reaktorda alınan yüksək temperaturlu sintetik qaz kəskin soyudulduqdan sonra istifadəçilərə və kogenerasiya qurğusuna verilir. Kogenerasiya qurğusunda qaz ilə işləyən mühərrik elektrik enerjisi hasil edərək onu ümumi elektrik şəbəkəsinə ötürür. Bir m3 bioqazdan 2-3 kVt saat elektrik enerjisi istehsal etmək mümkündür (bioqaz kogeneratorda yanarkən elektrik enerjisi verir);
Şəkil 30: Tullantıların termoselektiv üsulu ilə utilizasiyası sxemi.
Mənbə: M.F.Cəlilov, Alternativ regenerativ enerji sistemləri, 2009, səh. 356
7. Biokütlədən istilik əldə edilməsi prosesi
Heyvandarlıq komplekslərinin tullantılarını utilizasiya etmək üçün təklif edilən qurğunun sxemi aşağıdakı şəkildə göstərilmişdir. Bu şəkildən göründüyü kimi, heyvan saxlanılan tövlələrdə alınan tullantılar peyin horrası üçün qazılmış çökək yığıcaya tökülür. Buradan peyin horrası şnek nasoslarının köməyi ilə fermentləşdiriciyə verilir. Buraya istilik akkumulyatorundan istilik və koferment verilir.