Onlar su tutarların həcmini, balıqçılığın, suvarma sistemləri və su ilə təchiz etmənin rolunu artırır. Nasos stansiyası suyu aşağı səviyyədən yuxarıya doğru vurmaq və suyu ən ucqar məntəqələrə nəql etdirmək üçün nəzərdə tutulmuşdur. Nasos stansiyalarında nasosdan və mühərrikdən ibarət olan nasos aqreqatları qurulur. Nasos stansiyası elektrik enerjisi tələbedicisidir. Onlar istilik və atom stansiyalarını, kommunal, məişət və sənayeni su ilə təchiz etmək üçün nəzərdə tutulmuşdur. Hidroakkumulyasiya elektrik stansiyası enerji sistemində enerjini və gücü zamandan asılı olaraq paylaşdırmaq üçün tətbiq edilir. Yükün azalmış saatlarında HAES-sı nasos stansiyası kimi işləyir. Tələb etdiyi enerjinin hesabına o suyu aşağı byefdən yuxarıya vurmaqla hidroenerji ehtiyatı yaradır.
Şəkil 28: Kaplan hidroturbininin elektrik generator ilə birlikdə görünüşü.
Mənbə:M.F.Cəlilov, Alternativ regenerativ enerji sistemləri, 2009, səh. 332
Turbin generator transformator yükün maksimal saatlarında HAES hidroelektrik stansiya kimi işləyir. Su yuxarı byefdən turbin vasitəsilə aşağı byefə doğru buraxılır və HAES elektrik enerjisi hasil edir və enerjini enerji sisteminə verir. Qabarma elektrik stansiyalarını suyun səviyyəsinin daha çox qabarma-çəkilmələri olan dəniz və okeanların sahillərinə yaxın yerlərdə tikirlər.