Uzunmüddətli perspektivdə inkişafa nail olmaq məqsədilə yuxarıda qeyd olunan hər iki amil paralel şəkildə inkişaf etdirilməlidir. Enerjidən səmərəli istifadə ona olan tələbatı aşağı salmaq istiqamətində mühüm rol oynayır və eyni zamanda artan təmiz enerji ehtiyatları neft, təbii qaz və kömür kimi ənənəvi enerji resurslarından istifadəni azaldır1. Bunları nəzərə alaraq qeyd edə bilərik ki, davamlı enerji iqtisadiyyatında hər hansı uğur əldə etmək məqsədilə səmərəlilik və bərpa olunan enerji mənbələrinin inkişafına diqqət yetirmək önəmlidir.
Avropa Komissiyasının "Bərpa olunan enerji mənbələri" Direktivinə nəzər yetirsək görərik ki, bərpa olunan enerji mənbələrinin inkişafı çərçivəsində son enerji istehlakında bu mənbələrin payı hədəf 20%, nəqliyyatda isə 10% təşkil etməlidir. Bu iki məqsəd Avropa Birliyinin (AB)2020 - İnkişaf Konsepsiyasının əsas hədəflərindəndir2.
Əksər neft-qaz ölkələrindən fərqli olaraq, Azərbaycanda da son illərdə bu məsələlərə diqqət artırılmışdır və bir sıra tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 oktyabr 2004-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” və 2009-cu ildə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin yaradılması bu istiqamətdə aparılan əsas işlərdəndir.
1Bill Prindle et al. “The Twin Pillars of Sustainable Energy: Synergies between Energy Efficiency and Renewable Energy Technology and Policy” [pdf] American Council for an Energy-Efficient Economy (ACEEE NE074), May 2007
2Commission of the European Parliament, Renewable energy progress report, COM (2013) 0175 final, Brussels: European Commission, 27/ 03/ 2013