Hidrotexniki tikililəri, energetik və mexaniki avadanlıqları bir yerdə hidroenergetik qurğu (HEQ) adlandırırlar. Hidroenergetik qurğuların aşağıdakı tipləri var:
Deyildiyi kimi, HES-lərdə su axını enerjisi elektrik enerjisinə çevrilən müəssisədir. Düzən çaylarda qurulmuş HES-in əsas tikililəri bənddir. Həmin bənd su tutarları yaratmaqla basqı əmələ gətirir. HES binasında isə hidravlik turbinlər, generatorlar, elektrik və mexaniki avadanlıqlar yerləşdirilir. Su ağırlıq qüvvəsinin təsiri ilə su yuxarı byefdən (səviyyədən) aşağıya doğru hərəkət edərək turbinin işçi təkərini fırladır. Hidravlik turbin val vasitəsilə elektrik generatoru ilə birləşdirilmişdir. Turbin və generator birlikdə hidrogeneratoru əmələ gətirir. Turbində hidravlik enerji aqreqatın valı vasitəsilə mexaniki fırlanma enerjisinə, generator isə bu enerjini elektrik enerjisinə çevirir.
Şəkil 27: Hidroelektrik stansiyalarında elektrik enerjisinin alınması sxemi
Mənbə: Azərbaycanda hidroelektrik stansiyalar, səh. 3
Kiçik güclü HES-lər. Hazırda dünyada kiçik güclü HES-run yaradılması böyük maraq doğurur (gücləri 30 MVt-a qədər). Onlar qısa müddətdə yüksək avtomatik idarə sistemi ilə təmin olunmuş hidroaqreqatlar və tikinti konstruksiyalarındanistifadə edilməklə qurula bilir. Onlardan istifadə etdikdə iqtisadi səmərə əhəmiyyətli dərəcədə artır.