Cədvəl 7:
Azərbaycanda yerləşən su elektrik stansiyalarının siyahısı.
Su anbarının adı | İstif adə- yə veril diyi il | Qidalanma mənbəyi | Dəniz səviyyəsində n hünd ür- lük | Sahəs i, km 2 | Həcmi, mln. m3-la | |
tam | faydalı | |||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
Mingəçevir | 1953 | Kür | 83 | 625 | 16070 | 7410 |
Şəmkir | 1980 | Kür | 158 | 116 | 2677 | 1425 |
Varvara | 1956 | Kür | 18,5 | 22,5 | 60 | 10 |
Ağstafa | 1969 | Ağstafa | 479,5 | 6,3 | 120 | 109 |
Yenikənd | 2000 | Kür | 78,0 | 158,1 | 136,3 | |
«Araz» su | 1971 | Araz | 777,7 | 145,0 | 1350 | 1150 |
Mil-Muğan | 1971 | Araz | 4,5 | 12 | ||
Xaçınçay | 1964 | Xaçın | 509,5 | 1,76 | 23 | 20 |
Nohurqışlaq | 1951 | Dəmiraparan, Vəndam | 700 | 1,96 | 16 | 10 |
Bolqarçay | 1965 | Bolqarçay | 65 | 2,0 | 12 | 11 |
Pirsaatçay | 1964 | Pirsaat | 80 | 2,34 | 16,9 | 11,9 |
Axınçaçay | 1965 | Axınçaçay | 585 | 0,92 | 14 | 12 |
Ceyranbatan | 1958 | Samurçay | 28 | 13,9 | 180 | 150 |
Aşağı Könd. | 1980 | Köndələnçay | 0,12 | 2,1 | 1,7 | |
Sərsəng | 1976 | Tərtər | 726 | 13,85 | 560 | 500 |
Mənbə: Qərib Məmmədov, Mahmud Xəlilov, Ekologiya, ətraf mühit və insan, ali məktəblər üçün dərslik, 2006, səh. 207
Su elektrik stansiyaları üçün generatorlar
Hidroelektrik stansiyalar (HES, yaxud SES) birinci (ilkin) mühərrik kimi hidravlik turbinlər tətbiq edilən stansiyalardır. Onlar düzən və dağ çaylarında tikilir. Hidroelektrik stansiyalar yüksək səmərəli elektrik enerjisi mənbələridir. Bir çox hallarda elektroenergetikanın və xalq təsərrüfatının ehtiyatlarını təmin edən kompleks təyinatlı obyektlərdir: torpaqların meliorasiyası, su nəqliyyatı, su təchizatı, balıq təsərrüfatı vəs. Hidroelektrik stansiyalar -su enerjisini elektrik enerjisinə çevirən kompleks tikililər və avadanlıqlardır. Basqılarına görə HES-i yüksək basqılı (80 m-dən yuxarı), orta basqılı (25-dən 80 m-ə qədər) və alçaq basqılı (25 m-ə qədər) olmaqla üç yerə bölürlər.