Stansiyanın qoyuluş gücü 16,5 MVt olduğu halda 10 MVT, yəni layihə gücünün 60% həddində yük daşıyır, qoyuluş gücündən istifadə əmsalı 0,47-dir. İllik elektrik enerji istehsalı 70 mln. KVts həcmində olmaqla, elektrik stansiyasından keçən su ehtiyatlarının tam yarısı uzun illərdir ki, enerji istehsalında istifadə edilmədən faydasız, boş yerə axıdılır.
Şəkil 26: Mingəçevir su anbarı.
Əgər stansiyanın hidroaqreqatlarının yeniləşdirilməsi ilə yanaşı, əlavə daha bir hidroaqreqat quraşdırılarsa, boşaxıdılan suyun hesabına elektrik enerjisi istehsalını 100 mln KVts-a (40% artım) çatdırmaq mümkündür. Hal-hazırda respublikanın müxtəlif bölgələrində iki müstəqil KSES - gücü 3,0 MVt “Muğan” və gücü 1,2 MVt olan “Şəki” KSES-ləri - müvəffəqiyyətlə fəaliyyət göstərirlər.