9. Külək mühərrikinin işləməsi zamanı hansı növ səslər yaranır? | |
A)Mexaniki və aerodinamiki B) Mexaniki |
C) Aerodinamiki D)Heç biri |
10. Külək turbinləri külək generatorları fermasının ümumi sahəsinin neçə faizini tutur? | |
A) 2% B) 3% |
C) 1% D) 0,1% |
6. Su Elektrik Stansiyaları (SES)
Yer kürəsində mövcud olan on bir iqlim qurşağından doqquzu respublikada mövcuddur. Ölkənin ərazisində hidroqrafik şəbəkə olduqca qeyri-bərabər paylanmışdır. Çaylar şəbəkəsinin hər kv.km-ə orta sıxlığı 0,33km təşkil edir. Respublikada 1100-1200-əqədər müxtəlif uzunluqda (5-100km-dən çox) çay qeydiyyata alınmışdır. Göründüyü kimi, ölkə ərazisindən çoxlu sayda çaylar axır, lakin bu çayların su ehtiyatları o qədər dəzəngin deyil. Bu su ehtiyatlarının 71%-i kənarda, 29%-i isə ölkədə formalaşır. Azərbaycanın su ehtiyatları 30,6mlrd. kubmetr tranzit çay axımı 21,7mlrd. kubmetr təşkil edir. Respublikanın ən böyük çayları- Kür, Araz, Qanıx, Samur, Qabırrı, Həkəri və s. Ekoloji təmiz, bərpa olunan və tükənməz enerji mənbəyinin respublika çaylarında illik miqdarı 40 mlrd. KVts-dır, lakin iqtisadi cəhətdən istifadə üçün faydalı həcm 16 mlrd KVts- dır ki, bunun da 4 mlrd KVts-ı kiçik su elektrik stansiyalarının (KSES) payına düşür.
Bizim uçun böyük əhəmiyyət kəsb edən SES-lərdən biri də Kür çayı üzərində Mingəçevir SES-i silsiləsinə daxil olan Varvara SES-dir. Prezidentin sərəncamında bu stansiya ayrıca bənd şəklində öz əksini tapmışdır. Varvara SES-i 1957ci ildə istifadəyə verilmiş və əsas məqsədi suyun aşağı axarında səviyyənin tənzimlənməsi ilə yanaşı, elektrik enerjisi istehsal etmək olmuşdur. Hər biri 5,5 MVt olan üç hidroaqreqatdan ibarət (çevrilən kürəkli-turbin PL-510 , generator VQS -700/80-88 ) güc avadanlığı demək olar ki, tam aşınmışdır.