Lakin bu, hər 10000 quşa düşən miqdara görə 1 ədəddən də az miqdar təşkil edir. Müqayisə üçün qeyd etmək lazımdır ki, elektrik ötürücü xətlərdə bu rəqəm 800, başqa mexanizmlərdə isə 700 təşkil edir. Böyük güclü külək elektrik stansiyalarının işi radiosiqnallara maneə yaradır. Bu səbəbdən, bəzən bu ərazilərdə əlavəretranslyatorlar qurulur. Külək elektrik stansiyalarının ekoloji təsirlərini azaltmaq üçün onları artıq yuxarıda qeyd edildiyi kimi, küləyin daha intensiv əsdiyi dəniz və okeanlarda, offşor zonalarda qurmaq sərfəli olur. Burada küləyin turbulentliyinin olmaması aqreqatların istismar müddətlərinin artırılmasına səbəb olar. Hələlik burada əsas problem böyük tikilmə və istismar xərclərinin olmasıdır. Əsas həlledici faktor kimi dənizdə tikiləcək külək elektrik stansiyasının yerini düzgün seçməkdir ki, burada əsas yeri dərinlik və sahildən məsafə təşkil edir. Külək energetikasında liderlik edən Almaniya üçün prioritet göstəricilər bunlardır: Sahildən məsafə 50 km-ə qədər; dərinlik 30 m-ə qədər.
Əgər külək mühərriki hansısa bir mexanizmi hərəkətə gətirib faydalı iş görmürsə, bu, sadəcə əyləncə və ya zövq üçün düzəldilmiş maket ola bilər. Lakin sənaye, məişət və kənd təsərrüfatında külək qurğuları faydalı iş görür və elektrik enerjisi istehsal edir. Standart külək mühərriki aşağıdakı hissələrdən ibarətdir:
Bunlardan başqa, külək mühərrikində əlavə köməkçi avadanlıqlar da mövcuddur. Onlar aşağıdakılardan ibarətdir: