Birincilər ayrılıqda- əlahiddə işləyir. Küləksiz və zəif küləkli günlər üçün bunlarda elektrik generatorunu hərəkətə gətirmək məqsədilə yanacaq ilə işləyən digər ehtiyat mühərrik nəzərdə tutulur. İkinci növ stansiyalar qeyri- külək elektrik stansiyaları ilə paralel işləyir. Üçüncülər isə enerji sistemi ilə paralel işləyir. Elektrik güclərinə görə də bu elektrik stansiyaları üç yerə bölünür:
➢ | Gücü 0,1 ÷ 10 kVt- kiçik güclülər; |
➢ | Gücü 10 ÷ 100 kVt- orta güclülər; |
➢ | Gücü 100 kVt və daha çox olanlar. |
Orta güclü külək elektrik stansiyalarının sayı getdikcə artır.
5.2. Külək turbinlərinin quraşdırılması və köməkçi qurğular
Külək turbinlərinin quraşdırılması zamanı müəyyən məsələlər ortaya çıxır ki, onları mütləq nəzərə almaq lazım gəlir. Birinci məsələ külək mühərriklərinin yüksək səs ilə işləmələridir. Bu zaman iki formada səs əmələ gəlir: mexaniki və aerodinamiki səslər. Mexaniki səslər külək avadanlığının mexaniki və elektrik hissələrinin işləməsindən yaranır. Aerodinamik səs isə küləyin rotorun pərlərinə təsirindən yaranır. Bundan əlavə, külək elektrik stansiyalarının görünüşünün də böyük əhəmiyyəti var. Bu görünüşü yaxşılaşdırmaq məqsədilə yeni layihələrin yerinə yetirilməsi zamanı memar-dizaynerlər çalışırlar. Külək elektrik stansiyaları tikilən zaman onlar müəyyən torpaq sahəsini tutur. Lakin müəyyən olunmuşdur ki, külək turbinləri külək generatorları fermasının ümumi sahənin 1% miqdarını tutur. Buna səbəb odur ki, külək qurğularının 10 metr diametrdə olan özülü tamamilə torpağın altında yerləş-dirilir. Ona görə də, qalan sahələr kənd təsərrüfatı və ya başqa məqsədlər üçün istifadə edilə bilər. Külək elektrik stansiyalarının işi zamanı quşların məhv olması faktları da məlumdur.