Şəkil 24: Günəş enerjisindən isti su almaq üçün əlavə qızdırıcı qurğunun prinsipial sxemi
Mənbə: M.F.Cəlilov, Alternativ regenerativ enerji sistemləri, 2009, səh. 181
Günəş kollektorlarından əldə olunan enerji vasitəsilə duzlu suyun şirinləşdirilməsi həyata keçirilir. Şirinləşdiricilərin müxtəlif konstruksiyaları mövcuddur.
Günəş havaqızdırıcı kollektor- Günəş havaqızdırıcı kollektor aşağıdakı kimi işləyir. Qəbuledicinin şüşə qoruyucusuna düşən günəş şüaları (düz və səpələnmiş) içəri daxil olurlar. Orada onlar qəbuledicinin selektiv səthə malik qara rəngli dib vasitəsi ilə udulurlar. Bununla da şüa enerjisi istilik enerjisinə çevrilir. Qəbuledicinin dibi də öz növbəsində istilik şüaları buraxır və spektrin infraqırmızı oblastında az şəffaf olan şüşə ilə şüa-istilik mübadiləsinə girir. Beləliklə, qurğunun dibi şüşənin səthindən keçən şüa enerjisi və qurğunun qızmış şüşəsinin şüalandırıdığı enerjini alır. Dib vasitəsi ilə alınan enerjinin bir qismi havanın qızmasına sərf olunur, bir qismi isə qurğunun dibi vasitəsi ilə itir.
Günəş energetik qurğuları arasında ən yüksək temperatur əldə edilməsi məhz parabolik konsentrator vasitəsilə mümkündür. Konsentratorun səthinə düşən günəş şüalarının fokus nöqtəsinə cəmlənməsi hesabına 30000S və daha artıq temperatur əldə etmək mümkündür.