Yuxarıda Phönix B markalı kollektorun faydalı iş əmsalınınşüalanma intensivliyindən və temperatur fərqindən asılılığı qrafiki göstərilmişdir. Qrafikdə optik və termiki itkilərin yeri də aydın şəkildə qeyd edilmişdir. Şüalanma intensivliyinin qiyməti azaldıqca faydalı iş əmsalının dəyişməsi daha da intensivləşir. Məsələn, şüalanma intensivliyinin qiyməti 200 Vt/m2 temperaturlar fərqinin 42o C qiymətində kollektorun faydalı iş əmsalının qiyməti sıfıra yaxınlaşır. Yəni kollektor faydalı istilik gücü hasil etmir. Bu proses intensivliyin 400 Vt/m2 temperaturlar fərqinin 75oC qiymətində təkrarlanır. Lakin şüalanma intensivliyi 400 Vt/m2 qiymətindən yüksəldikcə, kollektor bütün temperaturlar fərqində faydalı istilik gücü hasil edir.
4.2. Günəş kollektorlarının funksiyaları və iş prinsipləri
Günəş kollektorlardan qəbul edilən istilik otaqdan daxil olan nisbətən soyuq havanı qızdırmaq üçün istifadə edilir. Qızışmış hava axını ventilyator vasitəsi ilə yenidən otağa qaytarılır. Otaqdakı havanın temperaturu normadan yüksək olduqda dövredən havanın hərəkəti dayandırılır və istilik binanın konstruksiyasında akkumulyasiya olunur. Akkumulyasiya olunmuş istilik gecə vaxtı və ya buludlu hava şəraitində istifadə olunur. Kollektorlardan istiliyin daşınması hava ilə həyata keçirilir. Kollektorlarda Günəş enerjisinin hesabına qızan hava ventilyatorla dövr etdirilir. Otaqda havanın temperaturu normadan aşağı olduqda havanın bir hissəsi və ya hamısı otağa, əks halda isə zirzəmidə yerləşdirilmiş daş istilik akkumulyatoruna vurulur. Daş qızışaraq istiliyi özündə akkumulyasiya edir və lazım gəldikdə onun istiliyindən istifadə edilir. Havanı dövr etdirən ventilyatorun mühərriki günəş enerjisindən çeviricilər vasitəsilə alınan elektrik enerjisi ilə işləyir.