Günəş kollektorunun faydalı gücü və faydalı iş əmsalı: Günəş enerjisini digər enerji növlərinə çevirən qurğuları layihə edən zaman kollektorların ölçülərini, güclərini və onların faydalı iş əmsallarını bilmək tələb olunur. Çünki bu zaman Günəş kollektorlarının qəbul etdikləri enerjini, onun faydalı istifadə edilən hissəsini, kollektorların ölçülərini, saylarını və s. hesablamaq lazım gəlir. Günəş kollektorunun faydalı gücünü tapmaq üçün onun üzərinə düşən ümumi enerjidən orada yaranan itkiləri çıxmaq lazımdır. Kollektorun faydalı iş əmsalının qiyməti aşağıdakı kimi hesablanır:
Burada ηo = α⋅Τ - kollektorun çevrilmə faktoru adlanır. Bu faktor kollektorun optik faydalı iş əmsalını xarakterizə edir, sahəsi Ak olan kollektorun üzərinə E - şüalanma intensivliyiilə düşən Günəş şüaları onun örtüyündən T- keçid əmsalı ilə keçərək istilik enerjisinə çevrilir. Konveksiya və istilik şüalanması ilə itən istiliklərin cəmini Qi kollektorun orta temperaturu Tk,o ilə ətraf mühitin Tə,m temperaturları fərqindən asılıdır.
Qrafik 1: Kollektorun faydalı iş əmsalının şüalanma intensivliyindən və temperaturlar fərqindən asılılığı.