Bu qazuducu daxil olan hidrogen molekullarını udaraq müəyyən müddət ərzində vakuumun pisləşməsinin qarşısını alır. Vakuumlu boru kolektorunun müsbət cəhəti onların, hətta ilin soyuq dövründə belə böyük miqdarda enerji hasil edə bilməsidir. Buna görə də bu kollektorlar digərinə nisbətən baha olur.
Şəkil 22: İstilik borusunun quruluşu və iş prinsipi.
Mənbə: M.F.Cəlilov, Alternativ regenerativ enerji sistemləri, 2009, səh. 147
Konsentratorlu Günəş kollektorları- Kollektorların işinin səmərəliliyini yüksəltmək məqsədi ilə istehsal olunur. Konsentratorların köməyi ilə Günəş şüalarını kiçik bir sahəyə və ya bir nöqtəyə yığmaq və onların intensivliklərini 100 dəfədən on minlərlə dəfəyə qədər artırmaq olar. Konsentratorların aşağıdakı növlərindən istifadə edilir:
➢ | Paraboloid şəkilli; |
➢ | Paraboloidsilindrik şəkilli; |
➢ | Sferik; |
➢ | Konik. |