Şəffaf qat, misal üçün, pəncərə şüşəsi Günəşdən enerji gətirən şüalar (0,4 ÷ 0,8 μ ) üçün heç bir mane yaratmır. Bu qat həmin şüalar üçün demək olar ki, şəffafdır. Lakin qızdırıcının 80÷90°C temperatura qədər qızdığı səthdən isə şüalanan infraqırmızı şüalar (0,8 ÷ 3,5 μ ) üçün isə bu qat demək olar ki, qeyrişəffafdır. Bu istixana effekti də adlanır. Adətən hamar kollektorlar hərəkətsiz və cənuba baxan istiqamətdə quraşdırılırlar. Əgər bu kollektorlardan alınan istilik, əsasən, qış dövründə, isitmə isti bu təchizat üçün işlədilirsə, onda onların quraşdırılma bucağı Φ +(10 ÷ 15)°, yay dövründə maksimum istilik almaq üçün isə bu bucağın qiyməti Φ -10 ÷ 15° qəbul edilir. Qeyd etmək lazımdır ki, Bakı şəhəri üçün şimal en dairəsinin qiyməti Φ ≈ 40° təşkil edir. Kollektorun yan və aşağı tərəfləri isə istilik itkilərini azaltmaq məqsədilə istilik izolə materialı ilə örtülür. Hamar kollektorlar aşağı temperaturlu 40÷60, orta temperaturlu 60÷100 və yüksək temperaturlu (100 -dən yuxarı) olur.
Şəkil 20: Hamar günəş kollektorunda istiliyin paylanması.
Mənbə: M.F.Cəlilov, Alternativ regenerativ enerji sistemləri, 2009, səh. 147
Kollektorun gövdəsi ilə onun örtüyü arasında kiplik yüksək dərəcədə olduqda və içəridə vakuum saxlamaq mümkün olduqda konvektiv istilik itkilərini azaltmaq mümkün olur.