4.1. Günəş kollektorları
Hamar Günəş kollektorları- Hamar konsentratorsuz Günəş kollektorları hazırda ən çox istifadə edilən avadanlıqlardandır. Bunlar, əsasən, suyu qızdırmaq üçün istifadə edilir. Bu kollektorlar, əsasən, üç elementdən ibarətdir:
- Kollektorun örtüyü;
- Kollektorun gövdəsi;
- Absorber
Şəkil 19-da Günəş energetika qurğularının təsnifat bölgüsü verilmişdir. Şəkildən göründüyü kimi, Günəş energetika qurğuları, əsasən,Günəş istilik qurğularına və Günəş batareyalarına bölünür.
Şəkil 19:Günəş energetik qurğularının təsnifat bölgüsü
Kollektor içərisində kanallar olan metal istilikdəyişdiricidən ibarətdir. Bu kanalların içərisindən istilikdaşıyıcı maddə axır. İstilikdaşıyıcı kimi hava, su və ya digər maddələr ola bilər. Kollektorun içərisinin Günəşə baxan səthi şüaları yaxşı udan qara rənglə örtülür. Kollektorun Günəşə baxan tərəfi şəffaf qat ilə örtülür. Bu, şüşə və ya digər şəffaf maddələrdən hazırlana bilir. Bunda məqsəd istiliyin konveksiya və ən əsası isə şüalanma ilə itkisinin qarşısını almaqdır.