➢ | Çirkab suların çöküntülərinin anaerob qıcqırdılması nəticəsində yaranan qaz; |
➢ | Heyvan peyininin, həmçinin sallaqxanaların, pivəbişirmə və bəzi kənd təsərrüfatı müəssisələrinin tullantılarının anaerob qıcqırdılmasından alınan sair bioqazlar. |
Maye bioyanacaqlara bioetanol, biodizel yanacağı, biometanol, biodimetil efiri bioneft daxildir. Maye bioyanacaqlar əsas etibarilə nəqliyyat vasitələri üçün yanacaq kimi istifadə olunan biodizel yanacağı və bioetanol və ya etil-tret-butil efirindən ibarətdir. Onlar təzə və ya istifadə edilmiş bitki yağlarından alına və neftdən alınan yanacaqlarla qarışdırıla və ya onları əvəz edə bilərlər. Təbii bitki xammalı kimi soya, günəbaxan yağları və ayıpəncəsinin yağlı toxumlarından istifadə olunur. Müəyyən şəraitdə proseslər üçün xammal kimi həmçinin istifadə olunmuş bitki yağları da tətbiq oluna bilər.
27-ci “Yanacağın sair növləri” sütununda balansda ayrıca sütunda göstərilməyən və Azərbaycanda geniş istifadə olunmayan qalan energetika məhsulları haqqında məlumatların cəmi verilir. Digər karbohidrogenlər qrupuna bituminoz qumdan, yanacaq şistlərindən və s. alınan sintetik xam neft, kömürün mayeləşdirilməsi zamanı alınan maye məhsullar, təbii qazın benzinə emal edilməsi prosesində əldə edilən maye məhsullar, hidrogen və emulsiyaya çevrilmiş neft (məsələn, sulu bitum emulsiyası). Daş kömürlərə rütubətli külsüz əsasda 23865 kCoul/kq üstələyən yüksək istiliktörətmə qabiliyyətinə malik, 0,6 az olmayaraq orta dərəcədə vitrinit əks etdirmək qabiliyyətinə malik kömürlər aid edilir. Daş kömürə daxildir: kokslaşan kömür - domna sobalarının yüklənməsi üçün yararlı olan koks istehsal etməyə imkan verən yüksək keyfiyyətli kömür və sair bituminoz kömür və antrasit (energetika kömürü) - buxar və istilik istehsalı üçün istifadə olunur və kokslaşan kömürə aid edilməyən bütün antrasit və bituminoz kömürlər.