İstifadə olunmuş yanacağın miqdarı aşağı istiliktörətmə qabiliyyəti üzrə göstərilməlidir. Bərpa olunan sənaye tullantıları isə bərk biokütlə, bioqazlar və duru bioyanacaq qruplarına daxildir. Kommunal təsərrüfatının bərk tullantıları bərpa olunan və bərpa olunmayanlara ayrılır. Kommunal təsərrüfatının bərpa olunan bərk tullantıları - ev təsərrüfatlarında, sənayedə, tibb müəssisələrində və xidmət sahəsində yaranan və tərkibində mikroorqanizmlər tərəfindən çürüdülən maddələr olan, xüsusi qurğularda yandırılan tullantılardır. Kommunal təsərrüfatının bərpa olunmayan bərk tullantıları isə ev təsərrüfatlarında, sənayedə, tibb müəssisələrində və xidmət sahəsində yaranan və mikroorqanizmlər tərəfindən çürüdülməyən maddələrdən ibarət olan, xüsusi qurğularda yandırılan tullantılardır. Bərk biokütləyə istilik və elektrik enerjisi istehsalı üçün yanacaq kimi istifadə oluna bilən bioloji mənşəli qeyri-qazıntı üzvi materialları aiddir:
➢ | Ağac kömür, oduncağın və digər bitki mənşəli materialların təmizlənməsi və pirolizinin bərk qalıqlarından ibarətdir; |
➢ | Oduncaq, odun tullantıları və s. bərk tullantılara xüsusi olaraq yetişdirilən energetik bitkilər (qovaq, söyüd və s.), sənaye prosesləri (xüsusən, ağac emalı və kağız sənayesində) nəticəsində yaranan və ya bilavasitə meşə və kənd təsərrüfatı müəssisələrindən göndərilən (odun, yonqar, ağac qabığı, taxta kəpəyi və s.) müxtəlif oduncaq materialları, həmçinin saman, düyü və qoz qabığı, quşçuluq fabriklərinin tullantıları, üzüm cecəsi və s. tullantılar daxildir. |
Bu bərk tullantılar üçün yandırma texnologiyası daha uyğundur. Yanacağın miqdarı aşağı istiliktörətmə qabiliyyəti üzrə göstərilir. Bioqazlar qaz olmasına baxmayaraq, biokütlənin tərkib hissəsi hesab olunur və əsas etibarilə biokütlənin çürüməsi nəticəsində yaranan metandan və ikioksidli karbondan ibarətdir. Bioqazlara aşağıdakılar daxildir:
➢ | Zibilin çürüməsi nəticəsində yaranan üzvi tullantılardan yaranmış qaz; |