Bərpa olunan enerji və tullantılar haqqında məlumatlar 22-26-cı sütunlardakı məlumatların cəmindən formalaşdırılmaqla aşağıdakı enerji növlərindən ibarətdir:
➢ | Su elektrik stansiyalarının elektrik enerjisi; |
➢ | Külək enerjisi; qabarma, dalğa və okean enerjisi; |
➢ | Günəş fotoelementlərinin enerjisi; geotermal enerji; |
➢ | Günəşin istilik enerjisi; |
➢ | Sənaye tullantıları; |
➢ | Bərk kommunal tullantılar; |
➢ | Bərk biokütlə; |
➢ | Bioqazlar; |
➢ | Maye bioyanacaq. |
22-ci sütun “Günəşin istilik enerjisi” aşağıda göstərilənlərin vasitəsilə elektrik enerjisi və isti su
istehsalı üçün istifadə olunan günəş şüasıdır: məişətdə suyun qızdırılması və ya üzgüçülük hovuzlarının
mövsümi qızdırılması üçün, əsasən, termosifon tipli, lövhəşəkilli günəş
kollektorlarının; fotoelementlərin; günəş istilik elektrik stansiyalarının.
23-cü sütun “Geotermal enerji”. Geotermal enerji adətən isti su və ya buxar şəklində yerin qabığından
istilik şəklində ayrılan enerjidir.
24-cü sütun “Su elektrik stansiyalarının elektrik enerjisi”. Suyun potensial və kinetik enerjisinin su
elektrik stansiyalarında elektrik enerjisinə çevrilməsi nəticəsində istehsal edilmiş elektrik
enerjisinin miqdarı göstərilir.
25-ci sütun “Külək enerjisi”. Küləyin kinetik enerjisindən istifadə etməklə külək mühərriklərinin köməyi ilə alınmış elektrik enerjisinin miqdarı əks etdirilir.
26-cı “Biokütlə və tullantılar enerjisi” sütununda sənaye tullantıları, bərk kommunal tullantılar, bərk biokütlə, bioqazlar və maye bioyanacağın istifadəsi nəticəsində əmələ gələn enerjinin cəmi göstərilir. Sənaye tullantıları elektrik enerjisi və (və ya) istiliyin alınması məqsədilə bilavasitə yandırılan bərpa olunmayan mənşəli (bərk və maye) tullantılardır.