Yanacağın miqdarı yüksək istiliktörətmə qabiliyyəti üzrə göstərilməlidir. Zavod qazına kommunal və ya əsas fəaliyyəti qazın istehsalı, nəqli və bölüşdürülməsi olan xüsusi müəssisələrdə istehsal edilən təbii qaz əvəzediciləri daxil edilməklə bütün qaz növləri daxildir. Bura, həmçinin karbonlaşdırma yolu ilə istehsal edilən (o cümlədən koks sobalarında istehsal edilən və zavod qazına çevrilən qaz) və “İstehsal” sətrinə daxil edilən, neft məhsullarını zənginləşdirməklə (mayeləşdirilmiş neft qazı, soba mazutu və s.) və ya zənginləşdirmədən tam qazlaşdırılması yolu ilə, təbii qazın krekinqi yolu ilə, riforminq və ya qazların və (və ya) havanın sadə qarışdırılması yolu ilə istehsal edilən qazlar da daxildir. Təbii qazın əvəzedicisi yüksək istiliktörətmə qabiliyyətinə malik olub, qazıntı karbohidrogen yanacağının kimyəvi yolla dəyişməsilə istehsal edilir. O, təbii qazla kimyəvi və fiziki cəhətdən qarşılıqlı əvəz edilir və adətən təbii qaz şəbəkəsi vasitəsilə bölüşdürülür. Təbii qazın əvəzedicisinin istehsalı üçün əsas xammal: kömür, neft və yanar şistlərdir. Təbii qazın əvəzedicisi digər istehsal edilən qazlardan yüksək istilik tərkibi ilə (8000 kkal/m3 yuxarı) və metanın yüksək tərkibi (85%-dən artıq) ilə fərqlənir. Yanacağın miqdarı yüksək istiliktörətmə qabiliyyəti üzrə əks etdirilir. Oksigen- konvertor qazı oksigen-konvertor sobasında polad istehsalının əlavə məhsulu kimi alınır və konvertorun çıxışında yığılır. Bu qaz, həmçinin konvertor qazı, oksigen-konvertor qazı və ya LD qazı kimi tanınır. Yanacağın miqdarı yüksək istiliktörətmə qabiliyyəti üzrə əks etdirilir. Koks qazı koks emalı müəssisələrində və qara metallurgiya müəssisələrində aparılan bərk yanacaqların karbonlaşdırılması və qazlaşdırılması proseslərində əlavə (yanaşı) məhsul kimi yaranır. Yanacağın miqdarı yüksək istiliktörətmə qabiliyyəti üzrə əks etdirilir.
21-ci sütun “Bərpa olunan enerji və tullantılar”. Bərpa olunan enerji daim bərpa olunan təbii proseslərdən alınan enerjidir.