Aviasiya benzini əsas etibarilə porşenli aviasiya mühərrikləri üçün hazırlanan, donma temperaturu -600 C və sublimasiyanın temperatur intervalı adətən 30-1800 Selsi hədlərində olan, mühərriklərdə istifadə üçün yararlı olan oktan rəqəmli mühərrik benzinidir. Uayt-spirit və sənaye-texniki məqsədlər üçün benzin nafta və ağ neftin qaynama diapazonunda qaynama temperaturu ilə destillənin təmizlənmiş aralıq məhsulları kimi müəyyən olunur. Onlar aşağıdakılara bölünür: uayt-spirit. Alışma temperaturu 300 C olan əridici benzindir. Uayt- spiritin destillə diapazonu 135-2500 C təşkil edir - sənaye-texniki məqsədlər üçün benzin. Qaynama temperaturu 30-2000 Selsi arasında olan açıq rəngli neft məhsullarıdır. Destillə şkalası üzrə axırıncı temperatur kəmiyyətindən asılı olaraq sənaye-texniki məqsədlər üçün benzinin 7-8 növünü fərqləndirirlər. Bu növlər destillə məntəqələrinin həcminin 5%-dən 90%-dək (600 C-dən artıq olmur) hədlərində temperatur kəmiyyətlərinin fərqi üzrə müəyyən olunur. Reaktiv mühərriklər üçün benzin (reaktiv mühərriklər üçün nafta və ya JP4) tipli yanacağa aviasiya turbinli güc qurğularında istifadə olunan və 100-2500 Selsidə qaynayan yüngül karbohidrogen fraksiyaların bütün növləri daxildir. Onları almaq üçün ağ neftlə benzin və ya nafta elə nisbətdə qarışdırılmalıdır ki, tərkibdə ətirli fraksiyaların həcmi 25%-dək, yanacağın buxarlanma təzyiqi isə 13,7 kPa-dən 20,6 kPa-dək olsun.
Aşqarlar və oksigenatlar. Aşqarlar karbohidrogen birləşmələrinə aid olmayan, yanacağın xassəsini dəyişmək (oktan və ya setan rəqəmini, aşağı temperatur xüsusiyyətlərini və s.) məqsədilə məhsula əlavə olunan və ya qarışdırılan əlavə məhsullardır: metanol, etanol (yalnız yanacaq kimi istifadə olunması nəzərdə tutulan hissə) spirtləri, efirlər, metiltret-butil efiri, etil-tret-butil efiri, üçüncü amilmetil efiri kimi oksigenatlar; mürəkkəb efirlər (məsələn, ayıpəncə yağı və ya dimetil efiri və s.); tetrametilqurğuşun, tetraetilqurğuşun və detergentlər kimi kimyəvi birləşmələr. Bərk parafinlər zənginləşdirilmiş alifatik karbohidrogenlərdən ibarət, sürtgü yağlarının parafinsizləşdirilməsi prosesində əmələgələn qalıq maddədir.