Tərkibində kükürdün müqdarı 1%-dən az olan ağır mazut yanacağı azkükürdlü, tərkibində kükürdün miqdarı 1% və daha çox olan ağır mazut yanacağı isə yüksək kükürdlü mazut adlandırılır.
14-cü sütun “Ağ neftin sair növləri”nə aviasiya nəqliyyatı istisna olmaqla digər sektorlarda işıqlandırma və s. məqsədlər üçün istifadə olunan təmizlənmiş neft destillyatlar aiddir. Onların destilləsi 150-3000 Selsidə baş verir.
15-ci sütun “Neft koksu” ləngidilmiş kokslaşdırma və ya aldadıcı mayeləşdirilmiş qatda kokslaşdırma kimi proseslərdə neft xammalı, qudron və qatranın əlavələrinin krekinqi və karbonlaşdırılması nəticəsində alınmış qara rəngli, bərk əlavə (qalıq) maddədir. Əsasən, karbondan (90- 95%) ibarətdir və tərkibində külün az miqdarı ilə səciyyələnir. Neft koksundan poladtökmədə koks sobalarında xammal kimi, elektrodların, kimyəvi maddələrin istehsalında və s. məqsədlər üçün istidafə edilir. Katalitik koks da bu kateqoriyaya aiddir.
16-cı sütun “Neft bitumu” - kalloid struktura malik olan, tünd-qəhvəyi və ya qara rəngli xam neftin destilləsi zamanı qalıq kimi yaranan, həmçinin neft qalıqlarının sublimasiyası (bərk maddələrin buxara çevrilməsi prosesi) yolu ilə atmosfer təzyiqi zamanı neftin destilləsi prosesində yaranan bərk, yarımbərk və ya qatı karbohidrogendir. Adətən asfalt adlanır, mayeləşdirilmiş və durulaşdırılmış bitum da buraya daxildir.
17-ci “Sürtgü yağları” neftin destilləsinin əlavə məhsullarından alınmış karbohidrogenlərdir. Onlardan, əsasən, toxunan hissələr arasında sürtünməni azaltmaq üçün istifadə edilir. Bu kateqoriyaya silindr yağından ox üçün yağlaradək hazır sürtgü yağlarının bütün növləri, həmçinin konsistent sürtünmələrdə istifadə olunan, həmçinin mühərrik yağları və sürtkü yağlarının əsas komponentlərinin bütün növləri daxildir.
18-ci “Digər neft məhsulları” sütununda aşağıda göstərilən neft məhsulları haqqında məlumatların cəmi verilir.