etilləşdirilmiş avtomobil benzini: oktan ədədini artırmaq üçün tetraetilqurğuşun və tetrametilqurğuşun əlavələrinin daxil olduğu avtomobil benzinidir.
9-cu sütun “Reaktiv mühərriklər üçün yanacaq” aviasiya turbinli güc qurğularında istifadə olunan destillə məhsuludur. Onun ağ neft kimi 150-3000 Selsi diapazonda (adətən 2500 Selsidən yüksək olmur) destillə olunma və eyni alışma temperaturuna malik xüsusiyyətləri var. Bundan başqa, reaktiv mühərriklər üçün ağ neft Hava Nəqliyyatının Beynəlxalq Assosiasiyasının (İATA) müəyyən etdiyi bir sıra özünəməxsus xassələrə (donma temperaturu kimi) malikdir. Bu kateqoriyaya ağ neftin qarışdırma komponentləri də daxildir.
10-cu sütun “Nafta” - neft-kimya sənayesi üçün (məsələn, etilen və ya ətirli birləşmələrin istehsalı üçün) ilkin xammaldır. Destilləsi 30-2100 Selsidə həyata keçirilən fraksiyalardan ibarətdir.
11-ci sütun “Dizel yanacağı (qazoyl)”- qaynama temperaturu 180-3800 Selsi olan neftin destilləsinin orta destillə məhsuludur. Təyinatından asılı olaraq, bir neçə növdə olur: mühərrik dizel yanacağı- sıxılmadan alışan daxili yanma mühərrikli avtomobil nəqliyyatı vasitələri üçün (minik, yük avtomobilləri və s.) dizel yanacağı, bir qayda olaraq, aşağı kükürdlü olur; isitmə və digər qazoyllar- sənaye və məişətdə istifadə etmək üçün yüngül isitmə qazoylu; dəniz gəmiləri və dəmiryolu lokomotivlərinin dizel mühərrikləri üçün yanacaq; qaynama temperaturu 380-5400 Selsi olan ağır qazoyllar daxil olmaqla, neft-kimya sənayesində ilkin xammal kimi istifadə edilən qazoylun digər növləri.
12 və 13-cü sütunlar “Azkükürdlü mazut” və “Yüksək kükürdlü mazut”. Mazut yanacağına soba və donanma (qazan) mazutunun bütün, o cümlədən qarışdırma üsulu ilə əldə edilən növləri daxildir. 800 Selsidə mazutun kinematik özlülüyü 10 sSt-dan (santistoksdan) artıqdır. Alışma temperaturu həmişə 500 Selsidən, sıxlığı isə 900 kq/m3-dən çoxdur.