Sonrakı emal zamanı neft-zavod xammalı bir və ya bir neçə komponentə və son məhsula çevrilir. Bu tərifə habelə neft-kimya sənayesindən neft emalı sənayesinə qaytarılan məhsullar (məsələn, piroliz benzini, C4 fraksiyaları, qazoyl və mazut fraksiyaları) da daxildir.
5-ci sütun “Neft məhsulları, cəmi” 6-18-ci sütunlardakı məlumatların cəmidir.
6-cı sütun “Neft-zavod qazı (mayeləşdirilməmiş)”, əsasən, hidrogenin, metanın, etanın, həmçinin neft emalı zavodlarında xam neftin ayrılması və ya neft məhsullarının emalı (məsələn, krekinq) zamanı alınan olefinlərin daxil olduğu və mayeləşdirilməsi mümkün olmayan qazların qarışığından ibarətdir. Ona həmçinin neft-kimya sənayesindən qayıdan qazlar da daxildir.
7-ci sütun “Mayeləşdirilmiş neft qazları” - xam neftin sabitləşdirilməsi və təbii qazın emalı müəssisələrində destillə proseslərindən əldə edilən parafin sıralı karbohidrogenlərin yüngül fraksiyalarıdır. Bunlar, əsasən, propan (C3H8) və butandan (C4H10) və yaxud bu iki birləşmənin qarışığından ibarət olur. Mayeləşdirilmiş neft qazlarına həmçinin propilen, butilen, izobuten və izobutilen də daxil ola bilər. Nəqletmə və saxlanma üçün mayeləşdirilmiş neft qazları, bir qayda olaraq, təzyiq altında mayeləşdirilir, onlardan energetika və qeyri-energetika məqsədləri (məsələn, buxar krekinqi kimi neft-kimya prosesində xammal kimi) üçün istifadə olunur.
8-ci sütun “Avtomobil benzini” - 35-2150 Selsidə qaynayan yüngül karbohidrogenlərin qarışığından ibarət olan yanacaqdır. Oktan ədədini artırmaq üçün avtomobil benzininin tərkibinə aşqarlar, oksigenatlar və əlavələr, tetraetilqurğuşun və tetrametilqurğuşun kimi qurğuşun birləşmələri daxil edilə bilər. Avtomobil benzinini iki qrupa bölmək olar: etilləşdirilməmiş avtomobil benzini: oktan ədədini artırmaq üçün qurğuşun tərkibli birləşmələrin əlavə edilmədiyi avtomobil benzinidir;