Kimya sənayesinin bir sıra texnoloji prosesləri üçün təbii qazın tərkibində olan metan karbon və hidrogenin mühüm mənbəyidir. Əgər metandan, karbohidrogen əsaslı etilen, propilen, butilen, ətirli karbohidrogenlər, butadien və digər qeyri- energetika xammal məhsullarının alınması üçün istifadə edilmişdirsə, onda bu, qeyri-energetika istifadəsi hesab edilir. Lakin əgər metandan ammiak və metanol istehsalı, buxar krekinqi kimi neft-kimya proseslərində yanacaq kimi istifadə edilirsə, metan energetika məqsədi üçün istifadə olunmuş hesab edilir və bu məlumatlar balansın 7.1.1.2 sətrində göstərilir. Elektrik və istilik enerjisindən qeyri-energetika məqsədləri üçün istifadə edilmir.
Enerji balansının “Məhsullar” hissəsi.1-ci sütun “Bütün məhsullar, cəmi” 2-5-ci, 19-21-ci, 27-29-cu sütünların məlumatlarının toplanmasından formalaşdırılır.
2-ci sütun “Xam neft, qaz kondensatı daxil olmaqla”. Xam neft - neft tərkibli yeraltı dağ süxurlarında təbii yolla yaranan, tərkibində hidrogen və karbon olan kimyəvi birləşmələrin - maye karbohidrogenlərin mürəkkəb qarışığıdır. Normal temperatur və təzyiq şəraitində neft maye halında olur, onun fiziki xassələri (sıxlığı, qatılığı və s.) geniş hədlərdə dəyişə bilər. Bu kateqoriyaya xam neftin tərkibində olan səmt və ya qeyri-səmt qazından alınan mədən (qaz) kondensatı da daxildir.
3-cü sütun “Təbii bitum və təbii asfalt” qəhvəyi və qara rəngdə olmaqla möhkəm və yumşaq qarışıqlardan ibarətdir, təbiətdə təsirsiz mineral maddələrin karbohidrogen birləşmələri kimi rast gəlinir. Bu növə asfaltitlər, asfalt əhəngləri və digər asfalt süxurları daxildir. Bituminoz kömür, liqnit, şistlər və qumlar, neftdən alınmış bitum bu sütunun məlumatlarına daxil edilmir.
4-cü sütun “Neft-zavod xammalı” - qarışdırma istisna olmaqla, ilkin emal mərhələsini keçən və sonrakı emal üçün nəzərdə tutulmuş (məsələn, birbaşa emal edilən destillyatlar və ya vakuum qazoylu) neftdir.