7.1.2.6 “Nəqliyyatın digər növləri” sətrində köməkçi və əlavə nəqliyyat fəaliyyətinin - avtobus, dəmiryolu və yükləmə stansiyaları; işarəvermə və rabitə distansiyaları; hava və dəniz limanları və terminalları; liman və pirs; bunkerlər, soyuducu anbarlar, avtomobil yollarının fəaliyyəti; körpülər, tunellər, avtomobil dayanacaqları və ya qarajlardan istifadə edilməsi və s. kimi fəaliyyətin həyata keçirilməsi üçün sərf olunmuş yanacağın miqdarı göstərilir. “İqtisadiyyatın digər sahələri”nə (sətir 7.1.3) aşağıdakılar daxildir: 7.1.3.1-ci sətirdə “Kənd təsərrüfatı, meşəçilik və balıqçılıq” fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektlərinin (balıqyetişdirmə, açıq dənizdə balıq ovu daxil olmaqla) əsas fəaliyyətinin təmin edilməsi üçün istifadə edilmiş energetika məhsullarının miqdarı; 7.1.3.2-ci sətirdə “Kommersiya və ictimai xidmətlər” fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektlərinin əsas fəaliyyətinin təmin edilməsi üçün istifadə edilmiş energetika məhsullarının miqdarı; 7.1.3.3-cü sətrində “Ev təsərrüfarları”nda məişət məqsədləri üçün istifadə edilmiş energetika məhsullarının miqdarı; 7.1.3.4-cü sətirdə isə digər fəaliyyətlə məşğul olan təsərrüfat subyektlərinin əsas fəaliyyətinin təmin edilməsi üçün istifadə edilmiş energetika məhsullarının miqdarı əks etdirilir.
7.2-ci sətir “Qeyri-energetika məqsədli son istehlak”. Bir çox yanacaq məhsullarından qeyri-energetika məqsədləri üçün istifadə edilə bilər. Misal üçün, sürtgü yağlarından mühərriklərdə, bitumdan evlərin damı və yol örtüyündə, uayt-spirit və digər sənaye əridicilərindən boya, parafinlərdən şam, neft koksundan elektrod istehsalında istifadə edilir. Qeyri-energetika məqsədləri üçün yanacaq məhsullarından istifadəyə daha çox kimya sənayesində rast gəlinir. Kimya sənayesi yanacaq məhsullarını qeyri-energetika məqsədləri üçün istehlak edən ən mühüm istehlakçı olmaqla neft, təbii qaz və s. energetika məhsullarını emal edib sintetik üzvi məhsullar alır. Kimya sənayesində bir çox neft məhsullarından xammal kimi istifadə olunur, bunlar, əsasən, nafta, sıxılmış neft qazı və etan qazıdır.