Ümumi dizel yanacağının 5/1 hissəsi, təxminən 1000 litr torpağın şumlanmasına sərf olunur. Digər 50% dizel yanacağı isə daşınma və gübrə vermək üçün istifadə olunur.
Şəkil 18: Təsərrüfatın fəaliyyət növünə görə dizel yanacağı.
Mənbə: Energieeffizienzverbesserung in der Landwirtschaft, Verband der Landwirtschaftskammern e. V., Landwirtschaftskammern Niedersachsen und Nordrhein-Westfalen, 2009
3.6. Enerji balansının hesablanması
Balansın quruluşu. Enerji balansı -ayrı-ayrı energetika məhsulları üzrə (neft, qaz, elektrik enerjisi və s.) əmtəə balanslarını özündə birləşdirməklə onların neft ekvivalentinin tonu (NET) enerji vahidi ilə ifadə olunmuş kompleks məcmusudur. 1 NET 41,868 Qiqacoula, yaxud 0,041868 Teracoula, 1 Teracoul 1000 Qiqacoula bərabərdir. Enerji balansının tərtibindən əvvəl balansda göstərilən bütün energetika məhsullarının əmtəə balansları tərtib edilir. Enerji balansı matrisa formasında qurulmaqla 50 sətir və 28 sütundan ibarətdir, sətirlərdə enerjinin yaranma yerlərindən onun son istifadə yerlərinədək axınlar, sütunlarda isə energetika məhsulları göstərilir.