Şəkil 17: Təsərrüfatda elektrik enerjisinə qənaət forması
Mənbə: Energieeffizienzverbesserung in der Landwirtschaft, Verband der Landwirtschaftskammern e. V., Landwirtschaftskammern Niedersachsen und Nordrhein-Westfalen, 2009,
3.5. Gübrə və bitki mühafizə vasitələrinin tətbiqinə enerji istifadəsi
Kənd təsərrüfatı müəssisəsində bütün birbaşa və dolayı enerji xərclərinin
1/4-i mineral gübrələrin tətbiqinə sərf olunur. Əkinçilik təsərrüfatlarında orta
hesabla ümumi enerji tələbatının 37%-i mineral gübrələrin tətbiqi üçün
istifadə olunur. Bitki mühafizə vasitələri üçün sərf olunan enerji isə ümumi
enerjinin 1-2%-ni təşkil edir. Sırf əkinçiliklə məşğul olan təsərrüfatlarda bu
rəqəm 4-10% təşkil edir.
Müxtəlif fəaliyyət növündən asılı olaraq, orta hesabla dizel yanacaq
istehlakı ümumilikdə 5000 litr dizel/il, müvafiq olaraq 225 l/ha hesablanır.
Təxminən 1500 litr və ya ümumi yanacağın 3/1 hissəsi məhsul yığımı üçün istifadə olunur.