Şəkil 13: Fəaliyyət növündən asılı olaraq hektara tələb olunan dizel yanacağı
Mənbə: Energieeffizienzverbesserung in der Landwirtschaft, Verband der Landwirtschaftskammern e. V., Landwirtschaftskammern Niedersachsen und Nordrhein-Westfalen, 2009,
Yanacağa qənaət-traktorların təkərlərinin havasını tənzimləmək, sürücülük formalarına əməl etmək, texniki xidmətlərin vaxtında həyata keçirilməsi və s. tədbirlərlə yanacağa qənaət etmək mümkündür. Şəkil 14- də bu formaları aydın görmək mümkündür.
Yanacağa qənaət üçün digər imkanlar:
➢ | Yanacağa qənaət sürücülük forması (Eco-Drive); |
➢ | Ağır və köhnə qoşqular əvəzinə son texnologiyanı tətbiq etmək; |
➢ | Kombinə edilmiş qoşqularla, əlavə sürüşlərdən imtina etmək. |
Yanacağa qənaət sürüş forması (Eco-Drive)-Eco-Drive sürüş forması imkan verir ki, traktorun güc və imkanlarından istifadə etməklə yanacağa 10%-dən 20%-ə qədər qənaət olunsun. Yanacağa qənaət sürüş forması bir tərəfdən kiçik bir mühərrik sürətini özündə birləşdirir, bu, 60-80 % mühərrikin nominal dövrü sürəti deməkdir, digər tərəfdən isə daha çox mühərrik yüklənməsi, məs., daha böyük ötürmələr deməkdir.