Nümunə olaraq, İsveçrədə biokütlədən alınan elektrik enerjisi və istiliyə nəzər salaq:
Şəkil 12: Kənd təsərrüfatı üçün biokütlədən enerji.
Mənbə: Energieeffizienzverbesserung in der Landwirtschaft, Verband der Landwirtschaftskammern e. V., Landwirtschaftskammern Niedersachsen und Nordrhein-Westfalen, 2009,
3.3. K/t maşın və aqreqatlarında enerji istifadəsi
Yanacaq tədarükü: Əkinçilik sahəsi üçün əsas istehsal faktorlarından bir traktordur. Nümunəyə nəzər salsaq, görərik ki, şəkər çuğundurunun istehsalı zamanı 500 l/ ha dizel istifadə olunur. Kartof və yem çuğundurunda isə bu rəqəm 300 l/ ha müəyyən olunduğu halda, ən az dizel istifadəsi təbii otlaqların becərilməsinə istifadə olunur (110 l/ ha). Benzin istifadəsinin əsasını yem hazırlanma sisteminin mühərriki təşkil edir. Müxtəlif daşınmalar üçün eyni zamanda benzin istifadə olunur. Hər təsərrüfatın illik benzin istifadəsi 480 litr, uyğun olaraq 4350 kVt (15.7 GJ) və ya kənd təsərtrüfatına yararlı torpaq sahələri üçün 22l/ha təşkil edir.