K\t-da energetika ehtiyatları maddi-texniki bazanın tərkib hissəsi olmaqla traktor, kombayn, avtomobil, mexaniki mühərriklər, elektrik mühərrikləri və qurğular, iş heyvanlarının gücü daxildir.
Cədvəl 5:
Kənd təsərrüfatında müxtəlif enerji mənbələri və onların istilik və enerji potensialı.
Enerji növlərinin hesabatı | ||
Enerji daşıyıcısının adı | Enerji dəyəri | İstilik dəyəri |
Neft | 1 kq = 11,87 kVt/saat 1 l = 0,85 kq |
10 kVt/litr |
Qaz | 1 m3 (L- oder H-qaz) | 10,4 kVt/m3 |
Odun | Bərk odun 1 m3= 500 kq Yumuşaq cisimli odun 1m3 = 400 kq |
1750 kVt/ m3 1400 kVt / m3 |
Pellet | 1 t=1000 kq istilik dəyəri =4.3 kVt / kq | 4300 kVt/t |
Saman | 3,5-4,0 kVt/ kq | 3500 kVt/t |
Saman pelleti | 4,9 kVt/ kq | 4900 kVt/t |
Palma yağı | 1 kq=0, 92 l | 10, 2 kVt/ kq 9,45 kVt/l |
Mənbə: Energieeffizienzverbesserung in der Landwirtschaft, Verband der Landwirtschaftskammern e. V., Landwirtschaftskammern Niedersachsen und Nordrhein-Westfalen, 2009, səh 6
Biokütlədən enerji istehsalı-Kənd təsərrüfatında enerji əhəmiyyətli biokütlə raps, odun və peyindir. Ümumilikdə raps bitkisindən 4'000 kVtsaat (14.4 GJ) yanacaq ehtiyatı, odundan 23'000 kVtsaat (83 GJ) istilik, peyin fermentasiyasından isə 20'000 kVtsaat (72 GJ) elektrik enerjisi, 25'000 kVtsaat istilik (90 GJ) əldə edilir. İstiliyi nəzərə almadan təsərrüfatın illik enerji ehtiyatının 3/1-ni biokütlə hesabına ödəmək mümkündür.