Şəkil 11: Təsərrüfatın illik yanacaq və enerji istehlakı.
Mənbə: Rationelle Energieanwendung in der Landwirtschaft (REAL), Bundesamtes für Energie, Schlussbericht Juli 2001 səh 2
3.2. Mühərriklər üçün yanacaq növləri və mənbələr
Azərbaycanın kənd təsərrüfatında enerji ehtiyatlarının tərkibində mexaniki mühərriklərin xüsusi çəkisi daha böyükdür. Kənd təsərrüfatı müəssisələrinin energetika ehtiyatları ilə təchiz olunma səviyyəsi kənd təsərrüfatı müəssisələrinin enerji ilə təmin olunma və əməyin enerji ilə təchiz olunma göstəriciləri vasitəsilə müəyyən edilir. Enerji ilə təmin olunma göstəricisi hər hansı 100 ha əkin sahəsinə düşən enerjinin miqdarı ilə xarakterizə olunur. Kənd təsərrüfatında elektrik enerjisindən istifadə səviyyəsi artdıqca ondan qənaətlə istifadə daha böyük xalq təsərrüfatı əhəmiyyəti kəsb edir. Bu kənd yerlərində elektrik enerjisinin nəql olunması zamanı itkiləri azaltmaqla, elektrik qurğularının faydalı iş əmsalını artırmaqla mümkündür. Eyni zamanda k\t-da istehsalın genişləndirilməsi və onun iqtisadi səmərəsinin yüksələdilməsi digər tədbirlərlə yanaşı, energetika ehtiyatlarından səmərəli istifadə edilməsindən də əhəmiyyətli dərəcədə asılıdır.