Ətlik donuz | 35 kVt/ yer | 50 kVt/ yer | - |
Südlük inəklər | 400 kVt/ inək | 0 | - |
Ətlik heyvandarlıq | 100 kVt/ yer | 400 kVt/ yer | |
Ətlik quşçuluq təsərrüfatı | 0,3 kVt/ quş | 1,1 kVt/ quş | - |
Əkin sahəsi | - | - | 100 l/ ha |
Otlaq sahəsi | - | - | 80 l/ ha |
Mənbə: Energieeffizienzverbesserung in der Landwirtschaft, Verband der Landwirtschaftskammern e. V., Landwirtschaftskammern Niedersachsen und Nordrhein-Westfalen, 2009, səh 7
Statistik məlumatlara əsasən bir kənd təsərrüfatı müəssisəsi ildə 67‘900 kVtsaat (244 GJ3) enerji istifadə edir. Bunun 13‘900 kVtsaat (50 GJ)-nı elektrik enerjisi üçün, digər 54‘000 kVtsaat (194 GJ)-nı isə yanacaq üçün istifadə edir. Elektrik enerjisi ilə yanacaq istifadəsinin müqayisəsi göstərir ki, enerjinin 76%-i bitkiçilikdə, 24 -i isə heyvandarlıq sahəsində istifadə olunur. Bu sıralamada üçüncü yeri əkinçilik tutur (süni otlaqlar daxil deyil). Bir təsərrüfatın illik yanacaq istehlakı dizel olaraq 50'000 kVtsaat (180 GJ) və ya 5000 litr və benzin olaraq 2000 kVtsaat (7.2 GJ)4 və ya 220 litr hesablanır. Bir təsərrüfatın illik elektrik enerji tədarükü 14‘000 kVt (50.4 GJ)-dır.
3 Gigajoules-1 kVt= 0.0036 GJ
4Rationelle Energieanwendung in der Landwirtschaft (REAL), Bundesamtes für Energie, Schlussbericht Juli 2001 səh 2