2010-cu ildə Azərbaycanda ev təsərrüfatlarının enerji istehlakı 3409,2 min ton olmuşdur ki, bu da ümumi son enerji istehlakının 46,8%-nə bərabərdir. Şəkil 8-dən də göründüyü kimi, son beş il ərzində ev təsərrüfatlarının enerji istehlakı son enerji istehlakının təxminən yarısına bərabər olmuşdur. Ev təsərrüfatlarında enerji istehlakının 79,6%-ni təbii qaz, 14,9%-ni elektrik enerjisi, 5,5%-ni isə digər yanacaq növləri təşkil etmişdir. Son beş il ərzində ev təsərrüfatlarının enerji istehlakı növbəti şəkildə göstərilmişdir.
Şəkil 9: 2007-2011-ci illər ərzində ev təsərrüfatlarının enerji istehlakı
Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi
Diaqramdan görünür ki, Azərbaycanda ev təsərrüfatları enerji istehlaklarında
elektrik enerjisindən tədricən təbii qaza keçirlər. Belə ki, 2007-ci
ildə elektrik enerjisinin ümumi istehlakda payı 22,1% olmuşdursa, 2011-ci
ildə bu rəqəm 14,9%-ə qədər geriləmişdi. Bunun əksinə olaraq, təbii qazın
payı 71,3%-dən 79,6%-ə qədər artmışdır. Bundan başqa, ev
təsərrüfatlarının enerji istehlakı 2008-ci ildə 2007-ci ilə nisbətən xeyli
artmış, sonrakı 2009-cu il ərzində isə xeyli azalmışdır.
Azərbaycanda nəqliyyat sektoru son enerji istehlakına görə ev
təsərrüfatlarından sonra ən böyük paya sahibdir.