Dünya əhalisinin yarısı biokütlədən istifadə edərək enerji istehsal edir. Təbiətdə gedən fotosintez prosesini bildikdən sonra, belə nəticəyə gəlmək olar ki, biokütlə enerji mənbəyi ola bilər. Bitki karbon qazını udur və onu öz inkişafı üçün istifadə edir. Əgər biokütlə yandırılarsa, bu qazın əmələ gəlməsi çətinləşir. Biokütlədən enerji kimi istifadə etmək atmosferdə karbon qazı konsentratının əmələ gəlməsini artırır. Hələ qədim zamanlardan biokütlənin bioenerjiyə çevrilməsi oduncağın yanması olmuşdur. İnkişaf edən ölkələrin 70 %-nin əhalisi odunu enerji mənbəyi kimi istifadə edir. Orta hesabla bir adama il ərzində 700 kq odun yanacağı sərf edilir. Kəsilən ağacların yarıdan çoxu istilik almaq məqsədilə istifadə edilir. Piroliz-orqanik maddələrin hava buraxmadan yüksək temperaturda yığılıb yandırılmasıdır. Odunun pirolizi 450-500°S-də baş verir. Piroliz materialları olaraq ağac kömür, yanmış qazlar (metan, karbon oksidi) və s. götürmək olar. Enerji mənbəyi kimi mal peyinindəndə istifadə edilə bilər. Peyini təkcə yanacaq kimi deyil, onu emal etməklə də qaz əldə etmək olar. Peyini kommunal tullantılarla qarışdırdıqda daha çox effekt verir. Hər iki növ kütlə mikroorqanizmlərlə zəngin olur, 50-60°S temperaturda onlardan bioqaz almaq mümkün olur. Bu proses fermentin köməyi ilə aparıldığı üçün fermentləşmə adlanır. Bioqazın əsas tərkibi metandır. Peyinin fermentləşməsi çox sadə bir konstruksiyaya malik olan qurğudur. Peyinin fermentləşdirilməsi iqtisadi baxımdan çox qənaətli texnologiyadır. Bioqazın çatışmayan cəhətlərindən biri onun partlayış törədə bilməsi və insanların parazit xəstəliklərinə düçar olmasıdır.