Şəkil 5: Azərbaycan Respublikası üzrə külək xəritəsi.
2.4. Biokütlədən istilik və enerji istehsalı
Bioenerjidən alınan istilik odunun istiliyindən çoxdur. Bioenerjidən çox qədim zamanlardan istifadə olunur. Müxtəlif növ bioloji kütlənin köməyi ilə alınan qazlara bioqaz deyilir. Ağacların yaşıl yarpaqları günəş şüalarının fotosintezinin köməyi ilə yaşıl kütlə xlorofil istehsal edir. Fotosintez nəticəsində sadə kimyəvi maddələr karbon qazı və suya çevrilir və oksigen ayrılır. Fotosintez-bioloji prosesin enerji əsasıdır. Fotosintez prosesinə əsaslanan Günəş enerjisi milyon illərə tədarük oluna bilər. Dünya miqyasında ümumi dünya enerjisinin 15%-i istifadə olunur. Biokütlə fotosintez nəticəsində özü enerji mənbəyinə çevrilir. Adətən bu, istilik enerjisi olur. Ancaq biokütlədən elektrik enerjisi və duru yanacaq istehsal etmək mümkündür. Biokütlənin ən geniş yayılan növü kağız tullantıları, ağac kəpəyidir. İl ərzində dünyada 130 milyard ton quru yanacaq əldə olunur, bu isə öz növbəsində il ərzində 660000 kVt.saat enerjiyə ekvivalentdir. Dünyada il ərzində bioenerji tələbatı 15000 kVtsaat-dır.