Ümumiyyətlə, hazırkı dünya energetikası bu enerjidaşıyıcısının da səmərəli mənimsənilməsi proseslərini yaşayır.
2.2. Günəş enerjisi
Günəş enerjisi -Günəş işığının texnologiyalar vasitəsilə enerjiyə çevrilməsidir. Yer səthinə düşən Günəş enerjisinin miqdarı bütün neft, təbii qaz, daş kömür və digər yanacaq ehtiyatlarından çoxdur. Onun 0,0125%-nin istifadə olunması ilə bugünkü dünya energetikasının bütün ehtiyaclarını təmin etmək olardı. Günəş enerjisinin istifadəsinin üstünlüyü ondadır ki, günəş qurğuları işləyən zaman parnik effekti yaranmır, havanın çirklənməsi baş vermir, istilik aşağı atmosfer qatlarına yayılmır. Günəş enerjisinin yalnız bir çatışmazlığı var - o da atmosferin vəziyyətindən, günün və ilin vaxtından asılılıqdır. Günəşin daxilindəki temperaturun və təzyiqin yüksək olması nəticəsində, orada gedən proses hidrogen bombasında -nüvə reaktorunda olan kimi baş verir. Günəşdə istilik-nüvə reaksiyasının nəticəsində dörd ədəd hidrogen atomundan bir ədəd helium atomu əmələ gəlir. Bu reaksiyanın nəticəsində külli miqdar istilik enerjisi və işıq şüalanması ayrılır.
Cədvəl 3:
Günəş və Yer kürəsinin bəzi ölçüləri
Günəş | Yer | Nisbət | |
Diametr | 1 392 520 km | 12 756 km | 1:109 |
Çevrə uzunluğu | 4 373 097 km | 40 075 km | 1:109 |
Səthin sahəsi | 6,0874ꞏ1012 km2 | 5,101ꞏ108 km2 | 1:11 934 |
Həcm | 1,4123ꞏ1018 km3 | 1,0833ꞏ1012 km3 | 1:1303670 |
Kütlə | 1,9891ꞏ1030 kq | 5,9742ꞏ1024 kq | 1:332946 |
Orta sıxlıq | 1,409 q/sm3 | 5,516 q/sm3 | 3 1:0,26 |
Sərbəstdüşmə | 274,0 m/s2 | 2 9,81 m/s2 | 1:28 |