Aşağıda makroregionlar üzrə neft istehsalı və istehlakını əks etdirən cədvəl verilmişdir:
Cədvəl 2:
2010-2014-cu illərdə makroregionlar üzrə neft istehsalı və istehlakı.
Makroregionlar | 2010 | 2014 | ||
İstehsal | İstehlak | İstehsal | İstehlak | |
Şimali Amerika | 16,5 | 26,4 | 16,6 | 25,8 |
Cənubi və Mərkəzi Amerika | 8,9 | 6,6 | 8,9 | 7 |
Avropa və Avroasiya | 22,3 | 23,5 | 21,8 | 22,9 |
Yaxın Şərq | 30,3 | 8,7 | 30,3 | 8.9 |
Afrika | 12.0 | 3,7 | 12.2 | 3,9 |
Asiya və Sakit okean hövzəsi | 10,0 | 31,1 | 10,2 | 21,5 |
Mənbə: http://www.bp.comBP-Azərbaycan
Dünyada neft ixracının təxminən 17 faizini Səudiyyə Ərəbistanı, 10 faizini Rusiya, 7 faizini Norveç, qalan hissəsini isə hər birinə 5-7 faiz olmaqla İran, İraq, Venesuela, Nigeriya, BƏƏ və Meksika gerçəkləşdirir. Ən böyük neft yatağı isə "Qafar" Səudiyyə Ərəbistanının ərazisində yerləşir və bu yataqda hasilatın təxminən yüz il davam edəcəyi proqnozlaşdırılır.
Neft ehtiyatları hasilatında və ixracında 1960-cı ildə təşkil olunmuş neft ixracatçısı ölkələri təşkilatı OPEK mühüm yer tutur. Belə ki, hər il dünya bazarında təqribən 1,5 mlrd. ton neft satışa çıxarılır ki, onun da 60 faizə yaxını OPEK-in nəzarətindədir. Hazırkı üzvləri Səudiyyə Ərəbistanı (1960), Küveyt (1960), İraq (1960), İran (1960), Venesuela (1960), Qətər (1960), Liviya (1962), İndoneziya (1962), BƏƏ (1962), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador(1973), Qabondur (1975). Digər tərəfdən bu qurum neft ixracını məhdudlaşdırmaqla bir çox ölkələrin iqtisadiyyatına ciddi təsir göstərmək imkanına sahibdir.