Onlar etibarlı enerji mənbələridir.
Beynəlxalq təşkilatların proqnozlarına görə, yaxın on ildə ETT-nin inkişafı, əhalinin artımı, istehsalın
yüksəlişi, ayrı-ayrı sahələrində texnoloji irəliləyiş, innovasiya və s. ilə bağlı enerjiyə olan tələbat
ən azı iki dəfə artacaqdır. Belə inkişaf isə təbii sərvətlərdən optimal istifadəni daha da
stimullaşdıracaqdır. Son 30 ildə dünyada təxminən 135 mlrd.ton neft, 145155 mlrd.ton daş kömür və 1600
trln. m3 təbii qaz yandırılmışdır. Digər tərəfdən dünyada kəşf edilmiş yanacaq-enerji yataqları və
istifadəyə verilmiş mədənlər hesabına onların ehtiyatı xeyli artmışdır. Bütün bunlar isə müvafiq dövr
ərzində enerji istehlakının 38-40 faiz artımına gətirmişdir. Bu artımda təbii qaz 65 faiz, neft 12 faiz,
daş kömür 28 faizlik çəkiyə malikdir. Ötən vaxt ərzində ilkin enerji resursları balansında təbii qazın
xüsusi çəkisi 19 faizdən 27 faizə yüksəlmiş, neft 49 faizdən 40 faizə, daş kömür 30 faizdən 26 faizə
enmişdir.
Neft resursları bol olan ölkələri ehtiyatların miqdarına görə 4 qrupda toplamaq olar:
➢ | Birinci qrupa Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanı daxildir ki, bu ölkələr üzrə ümumi neft ehtiyatı 61,7 mlrd ton, təbii qaz ehtiyatı isə 12,8 trln. m3-dir. |
➢ | İkinci qrupa İraq, Rusiya, Azərbaycan, Türkmənistan, Norveç daxildir ki, bu ölkələr üzrə neft ehtiyatı təxminən 30 mlrd ton, təbii qaz ehtiyatı isə 60 trln. m3-dir. |
➢ | Üçüncü qrupa Meksika, Özbəkistan, Nigeriya, Kanada, ABŞ, Böyük Britaniya, (Ümumi neft ehtiyatı təxminən 16 mlrd. ton, təbii qaz ehtiyatı isə 16 trln. m3-dir). |
➢ | Dördüncü qrupa isə İndoneziya, Braziliya, Çin, Perunu daxil etmək olar. (Ümumi neft ehtiyatı təxminən 5 mlrd. ton, təbii qaz ehtiyatı isə 4 trln. m3-dir). |
Hazırda dünyanın coğrafi baxımdan 6 regionunun 60-a yaxın ölkəsində neft çıxarılır. Regionlar arasında təsdiqlənmiş neft ehtiyatının dəyişimində olduğu kimi, neft hasilatının dəyişməsində də Yaxın Şərq regionu yüksək çəkiyə malikdir.