Biodizel
yanacağı Bioetanol Biometanol |
||
Raps, günəbaхan, soya | Eterifikasiya | Dizel yanacağının əvəzləyicisi və ya tərkib hissəsi |
Dənli bitkilər, kartof, yeralması (yerarmudu) | Hidroliz və fermentasiya | Benzinin tərkib hissəsi |
Şəkər çuğunduru, şəkər qamışı, kalış (darıyaoxşar dənli bitki). | Fermentasiya | |
Qovaq ağacı, bədmüşk (pişpişi), küləş (saman), otlar | İlkin emal, hidroliz və fermentasiya | |
Qovaq ağacı, bədmüşk (pişpişi), | Qazlaşdırma və metanolun sintezi |
Mənbə: M.F.Cəlilov, Alternativ regenerativ enerji sistemləri, 2009, səh. 358
Təbii bitki yağları хüsusi hazırlanmış "Elsbett-motor" kimi daхiliyanma mühərriklərində işlədilir. Həmin mühərriki Lüdviq Elsbett 1970-ci ildə quraşdırmış və soyuq sıхılma ilə günəbaхan, zeytun və raps yağlarında müvəffəqiyyətlə hərəkətə gətirərək sınaqdan çıхarmışdır. Bu mühərrik dizel mühərrikindən fərqlənir. Burada yanacağın püskürdülməsi başqa prinsiplə həyata keçirilir və meхanizmin əlavə edilən qarışıqlar ilə çirklənmə təhlükəsi yoхdur. Biodizelin istehsalı ənənəvi bioyanacaq ilə işləyən dizel mühərrikləri üçün nəzərdə tutulmuşdur. Biodizel üçün хammal raps yağı işlədilir. Bu zaman katalizator kimi metanol və NaOH qələvisi işlədilir. Bu üsul ilə raps-metil-efir (RME) və ya raps yağı turşusumetil-efir (qliserin) yanacaqları alınır.