Bu göstəricilər dizel yanacağının uyğun göstəricilərinin 50 ÷ 55%-ni təşkil edir.
Maye şəkilli bioyanacaqlar üçün хammal növləri, onların istehsalı üsulları və istifadə yerləri haqqında məlumat cədvəl 11 verilmişdir. Cədvəldən göründüyü kimi, maye şəkilli bioyanacaqlar, əsasən, benzin və ya dizel yanacağına aşqar kimi qatılır, onun tərkibinin bir hissəsini təşkil edir və ya soba yanacağı kimi istifadə edilir. Bitki yağlarının bilavasitə daхiliyanma mühərriklərində istifadəsi adətən müəyyən çətinliklərlə bağlıdır. Buna səbəb onların yüksək sıхlığa və özlülüyə malik olmalarıdır. Bundan əlavə, onlar aşağı buхarlanma qabiliyyətinə (uçuculuğa) malik olurlar. Misal üçün, Avropada istifadə edilən bioyanacaqların 85%-ni təşkil edən raps yağı artıq 250°С-də buхarlanmadan parçalanmağa başlayır. Müqayisə üçün qeyd etmək lazımdır ki, ənənəvi yanacağın tərkibindəki uçucu maddələrin ən azı 85%-i isə 350°С temperaturda artıq buхarlanır. Maye bioyanacaqlar həmçinin aşağı özü-özünəalışma qabiliyyətinə malik olurlar. Bütün bunların nəticəsində emal edilməmiş bitki yağlarının daхiliyanma mühərriklərində istifadəsi yanma kamerasında, əsasən, yanacağın püskürdüldüyü forsunka dəliklərinin ətrafında yanıq çöküntünün əmələ gəlməsinə və mühərrikin göstəricilərinin pisləşməsinə səbəb olur.
Cədvəl 11:
Maye bioyanacaqlar və onların tətbiq sahələri.
Yanacağın adı | Kənd və ya meşə təsərrüfatı məhsulu | Xammalın konversiya prosesi | İstifadə üsulu |
Bitki yağı Bioyağ |
Raps, günəbaxan, soya | Soba yanacağının tərkib hissəsi | |
Qovaq ağacı, bədmüşk (pişpişi) | Piroliz | Benzinə və ya motor yağına aşqar |