➢ | İstilik enerjisi; |
➢ | Maqnit enerjisi; |
➢ | Kimyəvi enerji; |
➢ | Şüa enerjisi. |
Mexaniki enerji- mexaniki bir sistemin komponentlərində iştirak edən potensial və kinetik enerjinin cəmi olaraq ifadə edilir. Bu iki məfhum klassik mexanikanın bütün sahələrində tətbiq olunur. Bütün sistemdə sürtünmə qüvvəsi kimi konservativ olmayan qüvvəyə rast gəlinir, buna baxmayaraq, mexaniki enerjinin sabit qaldığı göstərilir. Elastik toqquşmalar zamanı mexaniki enerjinin bir qismi sabit qalır, digər qismi isə istiliyə çevrilir. İtirilmiş mexaniki enerji ilə istiliyin artımı arasındakı əlaqəni James Prescott Joule kəşf etmişdir. Mexaniki enerjinin hesablanması düsturu:
Emexanik = U+K
Mexaniki enerji 2 növ olur. Cismin və ya cisimlər sisteminin sürəti ilə əlaqədar olan kinetik enerji və
onların qarşılıqlı vəziyyətini xarakterizə edən potensial enerji.
Kinetik enerji. Cismin hərəkəti zamanı malik olduğu enerjiyə kinetik enerji deyilir.
Cismə təsir edən
qüvvə onun hərəkət sürətini dəyişdirir. Kinetik enerji aşağıdakı düsturla hesablanır:
K =
mv2
2
Deməli, hərəkət edən cismin kinetik enerjisi kütlə ilə sürətin kvadratı hasilinin yarısına bərabərdir.
Buradan görünür ki, cismin kinetik enerjisi mənfi ola bilməz (k>0). Kinetik enerji cismin hərəkət
enerjisidir. Cisim fırlanma hərəkəti edirsə, bu halda da kinetik enerjiyə malik olur.
Potensial enerji. Sistemin potensial enerjisi onu təşkil edən cisimlərin qarşılıqlı vəziyyətindən asılı
olub, sistem bir haldan başqa hala keçdikdə görülən işlə ölçülür. Bilirik ki, ağırlıq qüvvəsi P=mg kimi
təyin olunur.