Buxar qazanlarının əsas funksiyası su buxarının generasiyasıdır. Su buxari öz növbəsində istilik təchizatlarının buxar sistemlərində, eləcə də buxar tekstil məhsullarının, yeyinti məhsullarının, tibbi dərmanların istehsalında istifadə olunur. Buxar qazanlarından bütün istehsal və bəzi qeyri istehsal səhələrində (tibb, kosmetologiya) istifadə olunur.
Buxar qazanlarının özəllikləri:
➢ | Yüksək səmərəlilik və zərərli maddələrin minimal ayrılması; |
➢ | Yüksək etibarlılıq və təhlükəsizlik; |
➢ | Sadə istismar və servis imkanı |
Bərk yanacaqlı qazanlar: Ən etibarlı və hesablı qazan növüdür. Bərk yanacaqlı qazanlar istismarda rahat və təhlükəsizdir. Sənaye və yaşayış binaları üçün nəzərdə tutulmuşdur. Digər qazan novlərindən əsas fərqi yanacaq kimi koks, daş kömür, odun, eləcə də qonur kömürdən istifadə olunmasıdır. Bundan başqa, istehsalçılar bu yanacaq növlərindən biri ilə yox, hamısı ilə işləyən qazanlar istehsal edirlər.
Qaz yanacaqlı divar tip qazanlar kompakt və komfortlu qazan növü hesab edilir. Bu qızdırıcı qazanlar mənzilləri və kiçik ölçülü fərdi evləri qızdırmaqla yanaşı, həm də isti su ilə təmin edir.Divar tip qazanlar nasos və ya nasosların hesabına işləyir. O, özünü real mini-qazanxana kimi göstərir.
Panel radiatorlar poladdan hazırlanır. Panel radiatorların çeşid və konfiqurasiyasının müxtəlifliyi istənilən tip otaqlara uyğun modelin seçilməsinə imkan yaradır. Bu radiatorlar digərlərindən istiliyin avadanlıqda bərabər paylanması xüsusiyyətinə görə fərqlənir ki,bu da istiliyin ötürülməsini yaxşılaşdırır.Panel radiatorların istilik ötürücülüyü yüksəkdir(alüminiuma nisbətdə).
Kombi unikal isitmə sistemidir.Onun köməyi ilə istənilən otağı ən soyuq vaxt belə asanlıqla qızdırmaq mümkündür.Bunun üçün sistemin bütün elementlərini düzgün şəkildə quraşdırmaq lazımdır.