Belə ki, üçyollu qazanlar 25 bar təzyiqdə işləyə bildiyi halda, reversiv qazanlar aşağı təzyiqdə (0,8 bar) və orta (12-15 bar) təzyiqdə işləyir.
Qaz yanacaqlı qazanlar: Qaz yanacaqlı qazanların 2 növündən – divar tip
və döşəmə tip qazanlardan istifadə olunur. Divar tip qazanların hissələrinə
aiddir: regenerator (istilik bərpa edən), odluq, nəzarət aparatı, manometr,
genləşmə çəni, termometr,həmçinin yuxarıda qeyd etdiyimiz kimi,
sirkulyasiya (mübadilə) nasosu. Divar tip qazanlarda onun və hissələrinin
effektiv və keyfiyyətli işləməsini təmin edən xüsusi sistem var.Qaz
yanacaqlı döşəmə tip qazanlar öz praktikliyi, sisteminin görünməzliyi və
təbii sirkulyasiyasına görə bir çox ölkələrdə geniş istifadə olur. Müasir
model döşəmə tipli qazanlarda qaz verimində və ya bacada problem
ortaya çıxdığı zaman qəza rejiminə keçərək avtomatik qazanı söndürən
sadə və etibarlı avtomatika sistemi quraşdırılmışdır.
Maye yanacaqlı qazanlar daha çox qaz xəttindən uzaqda yerləşən böyük
obyektlərdə istifadə olunur.Maye yanacaqlı qazanların işləmə prinsipi
eynən qaz yanacaqlılar kimidir. Elektrik və ya dizel yanacaqla işləyən
modellər arasında seçim edilən zaman dizel yanacaqlı modellərin daha
hesablı olduğunu görərik. Hər bir maye yanacaqlı qazan açıq yanma
kamerası ilə təchiz edilmişdir.
Kombi qızdıcı sistemin elementləri: qızdırıcı avadanlıq, qaz və su borusu,
həmçinin radiator. Odluqlar lazım olan miqdarda istiliyin ayrılması üçün
yanacağın yandırılmasını təmin edən avadanlıqlardır. Odluqlar yüksək
effektivlik dərəcəsində işləyir və ətraf mühitə zərərli maddələrin atılmasını
minimum həddə endirir. Odluq avtomatik idarəetmə və təhlükəsizlik
nəzarətinə malik avadanlıqlardır.Avadanlıqda bərpaolunmaz nasazlıq
yarandığı halda, avtomatik olaraq sönür. İstifadə olunan yanacağın
növünə görə odluqlar 3 növə ayrılır: qazla işləyən, maye (dizel) ilə işləyən,
multiyanacaqlı (qaz-dizel).