Bakteriyaların həyatını təmin etmək üçün yem -35°C qızdırılmış və periodik olaraq qarışdırılmış tullantı tələb olunur. Yaranan bioqaz ilk öncə saxlama kamerasında (qazholder) toplanır, təmizləmə sistemindən keçirilir, sonra istehlakçıya (qazan və ya elektrogenerator) verilir. Reaktor havasız şəraitdə işləyərək hermetik və təhlükəsizdir. Bəzi xammal növlərinin qıcqırdılmasında xüsusi ikimərhələli texnologiya tətbiq edilir. Məsələn, quş peyini, spirt bardasını adi reaktorda emal etmək mümkün deyil. Bu tip xammalların emalı üçün əlavə hidroliz reaktoru lazımdırBu reaktor turşuluğun dərəcəsinə nəzarət edir, bununlada turşuluq və qələviliyin təsiri ilə bakteriyaların məhv olmasının qarşısı alınır.
Bioqazın xüsusi növlərindən biri Zibilxana qazı adlanır. Burada bioqaz zibilxanaların məişət tullantılarından alınır.
Şəkil 34: Sənaye tipli bioqaz qurğusunun prinsipial sxemi.
Bu tip xammalların emalı üçün əlavə hidroliz reaktoru lazımdır. Bu reaktor turşuluğun dərəcəsinə nəzarət edir, bununla da turşuluq və qələviliyin təsiri ilə bakteriyaların məhv olmasının qarşısı alınır. Bioqazın xüsusi növlərindən biri zibilxana qazı adlanır