Bunun üçün çənin üzərində metal karkas quraşdırılaraq polietilen qat ilə örtülür. O, əlverişsiz hava şəraitində istiliyi saxlayır, xammalın parçalanmasını sürətləndirir.
Şəkil 33: Traktor təkəri kamerası
Mənbə: Bioqaz istehsalı və tullantısız (aztullantılı) texnologiyaların kənd təsərrüfatında tətbiqi, səh. 6
Ən geniş yayılmış sənaye metodu anaerob qıcqırmaya əsaslanır. Sənaye
miqyaslı bioqaz qurğuları, əsasən, aşağıdakı hissələrdən ibarət olur.
Homogenizasiya çəni;
➢ | Bərk (maye) xammalın yükləyicisi; |
➢ | Reaktor; |
➢ | Qarışdırıcı; |
➢ | Qazholder; |
➢ | Su qarışdırıcısı və istilik sistemi; |
➢ | Qaz sistemi; |
➢ | Nasos stansiyası; |
➢ | Separator; |
➢ | Nəzarət cihazları; |
➢ | Təhlükəsizlik sistemi. |
Qurğunun iş prinsipi aşağıdakı qaydada olur. Tullantılar nasos stansiyası və ya yükləyici vasitəsilə mütəmadi olaraq reaktora verilir. Reaktor mikser quraşdırılmış, qızdırıcı və istilik izolyasiyası sisteminə malik olan dəmir-beton rezervuardan ibarətdir. Reaktorda tullantılar ilə qidalanan faydalı bakteriyalar yaşayır. Bakteriyaların fəaliyyəti nəticəsində bioqaz yaranır.