Bütün üzvi birləşmələr -peyin, melas, cecə, pivə qalıqları,çuğundur puçalı, fekal çöküntüləri, balıq və malkəsmə sexlərinin tullantıları (qan, piy, bağırsaq), ot, məişət tullantıları, çirkab suları, süd zavodunun tullantıları, biodizel istehsalının tullantıları (texniki qliserin), şirə istehsalı tullantıları (meyvə, giləmeyvə cecələri), yosunlar, kraxmal istehsalı tullantıları, kartof emalı tullantıları, çips istehsalı tullantıları (qabığı, çürüntüsü və s.). Fermentasiya prosesi nəticəsində rezervuardakı maye, əsasən, 3 fraksiyaya parçalanır:
Bakteriyalar orta təbəqədə daha aktiv olur. Ona görə də rezervuardakı maye mütəmadi olaraq (ən azı sutkada 1-6 dəfə) qarışdırılmalıdır. Qarışdırma prosesi müxtəlif yollarla həyata keçirilir:
➢ | Mexaniki qurğularla; |
➢ | Hidravlik vasitələrlə (nasosun təsiri ilə resirkulyasiya); |
➢ | Pnevmatik sistemlərin təsiri ilə və s. |
Hasil olunan bioqazın miqdarı istifadə olunan xammalın növündən və onun tərkibindəki quru maddənin miqdarından asılıdır. Bir ton iribuynuzlu mal-qara peyinindən 50-65 m3 bioqaz alınır, onun da 60%-ni metan qazı təşkil edir. Bəzi bitki kütlələrindən 70% metan qazından ibarət 150-500 m3 bioqaz almaq mümkündür. Maksimum bioqazı piydən almaq olur. Onun miqdarı 1300 m3 təşkil edib, 87% metandan ibarət olur. Praktikada 1 kq quru maddədən 300-500 litr bioqaz almaq mümkündür.