8. Bioqaz qurğusu
8.1. Bitki və tullantılardan (bitki mənşəli) bioloji qaz istehsalı
Bioenerji daşıyıcıları-bioyanacaqlar bioloji xammaldan, adətən şəkər çuğundurunun gövdəsinin və ya raps toxumlarının, qarğıdalının, soya və s. bitkilərin emalı nəticəsində əldə edilir. Bioqaz tullantılardan başqa, həm də xüsusi yetişdirilmiş bitkilərdən-energetik kulturalardan da alınır. Buna misal olaraq, silos qarğıdalısı və silfili göstərmək olar. Bu maddələrin hər tonundan alınan qazın miqdarı 500 m3-ə çatır. Digər növ xammaldan, məsələn, sellülozadan, müxtəlif növ tullantılardan da bioyanacaqlar alınır. Ümumiyyətlə, bioenerji daşıyıcıları aşağıdakı formalarda ola bilirlər:
➢ | Bərk formada (odun, saman); |
➢ | Maye formada (etanol, metanol, biobutanol, dimetil efirbiodizel, bioneft); |
➢ | Qaz şəklində (bioqaz, biohidrogen). |
Cədvəl 9:
Biokütlələrin istehsalında istifadə olunan məmulatların f.i.ə.-si
Maye bioenerji daşıyıcılarına bitki yağları, biodizel, bioalkol kimi kommersiya etanolu daxildir. Qaz şəkilli bioenerji daşıyıcıları üçün xammal kimi bərk formada olan biokütlələr və ya bioloji tullantılar işlədilir. Onlardan bioqaz alınır ki, onlar haqqında aşağıda geniş məlumat verilir. İkinci nəsil bioyanacaqlar biokütlələrin pirolizi nəticəsində alınır. Sürətli piroliz nəticəsində biokütlə mayeyə çevrilir ki, onu da asanlıqla istifadə etmək, daşımaq və saxlamaq mümkündür.