A. Mühüm enerji növləri və mənbələri
1. Enerji növləri
Dünyanın iqtisadi inkişafında enerji resurslarının rolu ənənəvi olaraq həmişə yüksək olmuşdur. Müasir dövrdə isə bu amil daha yüksək struktur və konyuktur yaradıcı amilə çevirilmişdir. Dünya təcrübəsi göstərir ki, yanacaq-enerji sərvətləri bol olan ölkələrdə israfçılıqla istifadə olunur. Lakin əks qütbdə olan ölkələrdə isə, Yaponiya, Cənubi Koreya, İtaliya və digər bu kimi ölkələrdə enerji resurslarından daha səmərəli istifadə nəticəsində yüksək iqtisadi tərəqqi əldə edilmişdir. Beynəlxalq əmək bölgüsü sistemində bir qayda olaraq inkişaf etmiş ölkələr xammal resurslarının istehlakçısı, inkişaf etməkdə olan ölkələr isə onların istehsalçısı və ixracatçısı kimi çıxış edirlər. Bunun da həmin ölkələrdə iqtisadi inkişafın səviyyəsi ilə yetərli şəkildə bağlılığı var. Misal olaraq qeyd etmək lazımdır ki, ABŞ özünə lazım olan mineral xammalın 15-20 faizini, Qərbi Avropa ölkələri 70 faizə qədərini, Yaponiya 90 faizdən çoxunu idxal edir.
Müasir dünyanın enerji təsərrüfatında, dünya energetikasında ən proqressiv cərəyanlardan biri atom elektrik stansiyalarının (AES) inkişafı hesab edilir. AES sistemi bir çox ölkələrin energetik balansının əsas hissəsini təşkil edir. Belə ki, hazırda Fransa elektrik enerjisi istehsalında, demək olar ki, neftdən istifadə olunmur. Burada AES-lər ölkə elektrik enerjisinin 77.7 faizini verir.
Statistik məlumatlara əsasən dünya üzrə ümumi yanacağa olan tələbatın balansı aşağıdakı kimidir:
➢ | Neft ( 40,2% ) |
➢ | Daş kömür ( 25,4% ) |
➢ | Təbii qaz ( 23,5% |
➢ | Nüvə enerjisi ( 7.5% ) |