|
- Durmaq istədikdə mühərriki söndürün.
- Yaşayış zonasından çıxarkən hərəkətin
digər iştirakçılarına yol verirsiniz.
- Həyət ərazilərində hərəkət edərkən
yaşayış zonasına aid olan qaydalara
həyət ərazilərində də əməl edirsiniz.
|
Diqqət edilməli məqamlar!!!
|
- Piyadalar sizə əsassız olaraq maneə
yaratmamalıdırlar.
|
Praktik tapşırıq A.4.4 – Xarici işıq cihazlarından istifadəyə dair tapşırıqların
yerinə
yetirilməsi
İstifadə edilməli resurslar:
- İş paltarı;
- İstifadə etmək üçün təlimat;
- İşıq cihazları;
- Təlim stendi;
- Xüsusi təlim meydançası.
Fəaliyyət və tapşırıqlar |
Təlimat və tövsiyələr |
Xarici işıq cihazlarından istifadəyə dair
tapşırıqların yerinə yetirilməsi
|
- İş paltarını geyinin.
- Əməyin təhlükəsizliyi qaydalarına əməl
edin.
- Xarici işıq cihazlarından istifadəyə aid
tapşırıqların yerinə yetirilməsinə dair
təlimatın tələblərinə uyğun yerinə yetirin.
- Çalışmalısınız ki, tapşırığın tələblərini
maksimum dəqiqliklə yerinə yetirəsiniz.
|
Təlim nəticələrinə nail olmaq üçün tələb
olunan praktiki tapşırıqlar
|
- Xarici işıq cihazlarından istifadəyə dair
qaydaları şifahi söyləyirsiniz.
- Təhlükənin və ya hərəkətdə olan
maneələrin aradan qaldırılması
məqsədilə siz fara işıqlarından, bu və ya
digər istiqamətlərə dönərkən dönmə
göstəricilərindən, səs siqnalından
istifadə edəcəksiniz.
- Sutkanın qaranlıq vaxtı və ya
məhdudiyyətli görünmə şəraitində,
habelə tunellərdə hərəkətdə olarkən
NV-də və onun qoşqularında işıq
cihazlarını və işıq siqnallarını aşağıdakı
qaydada yandıracaqsınız:
|