Təlim nəticələrinə nail olmaq üçün tələb
olunan praktiki tapşırıqlar
|
- Dəmir yol keçidlərində hərəkətə dair
tapşırıqların yerinə yetirilməsi qaydalarını
şifahi söyləyirsiniz.
- Siz keçiddə məcburi dayanmısınızsa, NVdəki
adamları dərhal düşürürsünüz.
- Keçidi boşaltma üçün tədbirlər görürsünüz
- Yaxınlaşan qatarı saxlamaq üçün
maşinistə dayanma siqnalı verməyi başa
salıb, imkan daxilində yanınızda iki nəfər
varsa, onları dəmir yol xətti boyunca 1000
metr məsafədə hər iki tərəfə göndərirsiniz.
- Bir nəfər olduqda yolun pis görünən
tərəfinə göndərirsiniz.
- Özünüz NV-nin yanında qalırsınız, ümumi
həyəcan siqnalları (bir neçə dəfə, bir uzun
və üç qısa səs siqnalı) verirsiniz.
- Qatar görünən kimi ona tərəf qaça-qaça
dayanma siqnalı verirsiniz.
|